İranın təhsil naziri Həmidrza Hacı Babayi bu gün səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Bunu Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, səfər zamanı Hacı Babayi BƏƏ rəsmiləri ilə görüşlər keçirəcək və ikitərəfli münasibətlər haqda müzakirələr aparacaq. Hacı Babayi, həmçinin, əcnəbi ölkələrdə yaşayan xeyriyyə məqsədilə məktəb tikintisinə sərmayə yatıran iranlıların BƏƏ-də keçirilən iclasında iştirak edəcək.