...

İranın məntiqli mövqeyinin Əhmədinejadın dilindən açıqlanması dünyada ciddi qəbul olunmur - ekspert

Dünya xəbərləri Materials 7 May 2010 09:00 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Nyu Yorkdakı iclasda iştirakdan sonra mayın 6-da İrana qayıdıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvəsizləşdirmə (NPT) konvensiyasına yenidən baxılması üçün dünyanın 189 ölkəsinin nümayəndələri müzakirələr aparırlar. Mayın 3-də başlayan konfrans 27-dək davam edəcək.
İranın məntiqli mövqeyinin Əhmədinejadın dilindən açıqlanması dünyada ciddi qəbul olunmur - ekspert

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad Nyu Yorkdakı iclasda iştirakdan sonra mayın 6-da İrana qayıdıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvəsizləşdirmə (NPT) konvensiyasına yenidən baxılması üçün dünyanın 189 ölkəsinin nümayəndələri müzakirələr aparırlar. Mayın 3-də başlayan konfrans 27-dək davam edəcək.

Prezident Əhmədinejad bu konfransda İsrailin nüvə obyektlərinə nəzarət, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında üzvlüyünün ləğvi və bu kimi təkliflərlə çıxış edib.

Cənubi Kaliforniya Universitetinin professoru və əslən İrandan olan amerikalı ekspert Məhəmməd Səhimi Əhmədinejadın çıxılşarı ilə bağlı Trend-ə bildirib ki, Əhmədinejadın Nyu Yorkdakı çıxışını iki hissəyə bölmək olar. "Onun söhbətinin bir hissəsi ümumiyyətlə şüarlardan ibarət idi. Misal üçün, Əhmədinejad iddia edir ki, dünyaya rəhbərlik edir və digər ölkə rəhbərlərini dünyanın idarə edilməsində ona qoşulmağa çağırır. Bu onun çıxışının bir hissəsi idi və o, bu sözləri həmişə deyir və heç kimsə də onun sözlərinə əhəmiyyət vermir", - Səhimi Kaliforniyadan telefonla bildirib.

"Əhmədinejadın çıxışının ikinci hissəsi isə ABŞ-ın nüvə siyasəti və İranın nüvə proqramı ilə bağlıdır ki, fikrimcə, əgər Əhmədinejad dünya ictimaiyyəti arasında yaxşı mövqedə olsaydı, onun çıxışının ikinci hissəsində diqqət ediləsi məqamlar çox idi", - nüvə məsələləri üzrə ekspert Səhimi belə hesab edir.

Səhiminin fikrincə, ABŞ yeni strategiyasında İranı nüvə hücumu qadağan olunmuş ölkələrin siyahısından çıxarıb, yəni İrana nüvə silahı ilə hücum edə bilər. "Bunu həm Prezident Obama, həm də Hillari Klinton deyib. Bundan başqa, ABŞ-ın dövlət katibi xanım Klinton bir neçə gün öncə bildirib ki, İran NPT müqaviləsini pozub. Bu fikir səhvdir. Fikrimcə, hələ xanım Klinton NPT müqaviləsini pozmaqla təhlükəsizlik qaydalarına əməl etməmək arasında olan fərqi bilmir. Əhmədinejadın çıxışına bu istiqamətdən baxmaq lazımdır", - İran əsilli ABŞ eksperti hesab edir.

Ekspertin fikrincə, Əhmədinejadın imicinə görə beynəlxalq ictimaiyyət onun məntiqli sözlərini də ciddi qəbul etmir. "Əhmədinejadın imici həm İranın daxilində son bir ildə baş vermiş hadisələrə, Xolokostu inkar etməsinə və digər möqvelərinə görə korlanıb. Lakin bununla yanaşı, onun söhbətlərinin bir qismi həqiqətdir və bu sözləri sabiq prezident Məhəmməd Xatəmi kimi xarizmatik bir şəxs deyil, Əhmədinejad dediyinə görə, bu həqiqətlər təbliğat səs-küyü içərisində itib-batır", - Səhimi hesab edir.

Əhmədinejadın çıxışı zamanı Fransa, ABŞ və Böyük Britaniya nümayəndələri konfrans zalını tərk ediblər, BMT-nin baş katibi isə Əhmədinejadın çıxışından bir az əvvəl zalı tərk edib.

Xəbər lenti

Xəbər lenti