İranın xarici işlər naziri Mənuçöhr Müttəki mayın 31-də Omana səfər edəcək. Bunu İranın Omandakı səfiri Hüseyn Nuşabadi deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.
Nuşabadi deyib ki, Müttəki Omana üçgünlük səfər zamanı İran - Oman müştərək iqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında iştirak edəcək və Oman rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Onun sözlərinə görə, Oman - İran gəmi reysinin açılması, Oman dəmir yolu vasitəsilə İrana məhsulların tranzit olunması, Tehran - Maskat sərnişin hava reysinin açılması və digər bu kimi məsələlər Müttəkinin səfəri zamanı Oman rəsmiləri ilə müzakirə olunacaq.
Nuşabadi, həmçinin, bildirib ki, iyun ayının sonlarında Oman Parlamentinin spikeri Əli əl-İsayi də İrana səfər edəcək və öz iranlı həmkarı Əli Laricani ilə müzakirələr aparacaq.