...

Uranın mübadiləsi üzrə üçtərəfli saziş mühüm addımdır – Meksika XİN nümayəndəsi

Dünya xəbərləri Materials 25 May 2010 12:35 (UTC +04:00)
Bu günlərdə Tehranda uranın mübadiləsi üzrə üçtərəfli sazişin imzalanması mühüm addımdır. Bu barədə Meksika XİN rəhbəri Patrisiya Espinoza Kantellano Mexikoda özünün iranlı həmkarı Mənuçöhr Möttəki ilə görüşü zamanı bildirib. Bu barədə İRNA agentliyi məlumat verib.
Uranın mübadiləsi üzrə üçtərəfli saziş mühüm addımdır – Meksika XİN nümayəndəsi

Bu günlərdə Tehranda uranın mübadiləsi üzrə üçtərəfli sazişin imzalanması mühüm addımdır. Bu barədə Meksika XİN rəhbəri Patrisiya Espinoza Kantellano Mexikoda özünün iranlı həmkarı Mənuçöhr Möttəki ilə görüşü zamanı bildirib. Bu barədə İRNA agentliyi məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi imkanlarını müzakirə ediblər, regional və beynəlxalq inkişaf üzrə fikir mübadiləsi aparıblar.

Onlar, həmçinin, hər iki ölkənin potensialından mal dövriyyəsinin həcminin artırılması üçün istifadə olunmasının zəruriliyini qeyd ediblər.

Mötəaki iki xalq arasında əlaqələri inkişaf etdirməyə çağırıb və deyib ki, İran neft-qaz sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.

İİR XİN başçısı meksilaı naziri İrana səfərə də dəvət edib.

Kantellano iki ölkə arasında tarixi əlaqələrin olduğunu qeyd edib və münasibətlərin inkişafı üçün hər iki ölkənin mövcud iqtisadi imkanlarının reallaşdırılmasında maraqlı olduğunu ifadə edib.

Möttəki, həmçinin, Meksika Senatının rəhbəri Karlos Navarrete ilə də görüşüb. Görüş zamanı Navarrete bütün xalqların nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququ olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti