...

Türkiyənin sabiq ədliyyə naziri həbs edilib

Dünya xəbərləri Materials 1 İyun 2010 13:26 (UTC +04:00)
Ankarada Türkiyə xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində keçmiş ədliyyə naziri Seyfi Oqtay həbs olunub. Onun Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı dövlət çevrilişinə hazırlıq işində əli var. Bu barədə Türkiyənin CNN Turk kanalı məlumat verir. Sabiq nazirdən başqa, daha 23 nəfərin həbs edildiyi bildirilir.
Türkiyənin sabiq ədliyyə naziri həbs edilib

Ankarada Türkiyə xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində keçmiş ədliyyə naziri Seyfi Oqtay həbs olunub. Onun Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı dövlət çevrilişinə hazırlıq işində əli var. Bu barədə Türkiyənin CNN Turk kanalı məlumat verir. Sabiq nazirdən başqa, daha 23 nəfərin həbs edildiyi bildirilir.

Çevrilişin hazırlanması işi üzrə istintaq cari ilin yanvar ayında qalmaqallı materiallar toplusu olan "Tərəf" qəzetinin nəşrindən sonra başlanılıb. Həmin qəzetdə Türkiyənin nüfuzlu hərbi dairələrinin İstanbulun iki məscidində partlayış və fövqəladə vəziyyət yaratmağı planlaşdırdığı və 1960-cı ildən bəri üç dəfə çevriliş etdiyi, "Kuvalda planı"nı hazırladığı qeyd olunur.

Nəşriyyatın yaydığı məlumata görə, sənədin müəllifləri hökuməti devirmək məqsədilə "Ergenekon əməliyyatı"nın iştirakçıları olan yüksəkvəzifəli hərbçilərdir. Müxalifətçilərin məhkəməsi 2007-ci ilin oktyabr ayından bəri İstanbulda aparılır. Bu işin tərkibinə şübhəli şəxs qismində 200-ə yaxın siyasi və ictimai xadim, jurnalistlər, vəkillər, ali məktəb müəllimləri, polislər və fəaliyyətdə olan hərbçilər daxildirlər.

Xəbər lenti

Xəbər lenti