...

Xomeyninin nəvəsinin çıxışı zamanı İran müxalifətinə qarşı şüarlar səsləndirilib

Dünya xəbərləri Materials 4 İyun 2010 13:39 (UTC +04:00)
Bu gün İranda İslam İnqilabının banisi və qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü qeyd olunur. Mərasimdə Xomeyninin nəvəsi Həsən Xomeyninin çıxışı zamanı iştirakçılar İran müxalifətinə qarşı sərt şüarlar səsləndiriblər. Bu barədə Trend İranın İRİNN kanalı vasitəsilə canlı yayıma istinadən məlumat verir.
Xomeyninin nəvəsinin çıxışı zamanı İran müxalifətinə qarşı şüarlar səsləndirilib

Bu gün İranda İslam İnqilabının banisi və qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü qeyd olunur. Mərasimdə Xomeyninin nəvəsi Həsən Xomeyninin çıxışı zamanı iştirakçılar İran müxalifətinə qarşı sərt şüarlar səsləndiriblər. Bu barədə Trend İranın İRİNN kanalı vasitəsilə canlı yayıma istinadən məlumat verir.

İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni son prezident seçkisinin qalibi Mahmud Əhmədinejadın andiçmə mərasimində iştirak etməyib. Seçkinin rəsmi nəticələrinə dinc etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqlardan narahatlıq bildirilib. Həsən Xomeyni islahatçıları, eləcə də prezidentliyə sabiq namizəd Mirhüseyn Musəvini dəstəkləyib.

İmam Xomeyni İslam İnqilabının qələbə çalmasından 10 il sonra - 1989-cu ilin iyun ayının 4-də dünyasını dəyişıb.

Xəbər lenti

Xəbər lenti