...

İran Fars körfəzindən Qəzzaya yardım göndərməyi planlaşdırır

Dünya xəbərləri Materials 7 İyun 2010 16:56 (UTC +04:00)
İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili Oman Parlamentinin spikeri Məhəmməd əl-İsai ilə görüşü zamanı Fars körfəzi ölkələrinə birləşməyi və körfəz vasitəsilə Qəzza sektoruna humanitar yük yollamağı təklif edib.
İran Fars körfəzindən Qəzzaya yardım göndərməyi planlaşdırır

İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili Oman Parlamentinin spikeri Məhəmməd əl-İsai ilə görüşü zamanı Fars körfəzi ölkələrinə birləşməyi və körfəz vasitəsilə Qəzza sektoruna humanitar yük yollamağı təklif edib. Məlumayı FARS informasiya agentliyi yayıb.

İranın Qırmızı Aypara Cəmiyyəti həftəsonu Qəzza sektoruna iki humanitar yardım gəmisi göndərəcək. Bu barədə bazar ertəsi Frans Press agentliyi cəmiyyətin nümayəndəsi Əbdürrauf Ədibzadəyə istinadən məlumat yayib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 9 nəfərin öldüyünü iddia edirlər. İsrail hakimiyyəti hərbçilərin gəmini ələ keçirərkən hücuma məruz qaldıqlarını və özünümüdafiə məqsədilə atəş açmağa məcbur olduqlarını bəyan edir.

Xəbər lenti

Xəbər lenti