...

İran BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məktub göndərəcək

Dünya xəbərləri Materials 15 İyun 2010 12:11 (UTC +04:00)
Yaxın günlərdə Tehran BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məktub göndərməyi planlaşdırır. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
İran BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məktub göndərəcək

Yaxın günlərdə Tehran BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məktub göndərməyi planlaşdırır. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib. Məlumatı FARS informasiya agentliyi yayıb.

İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin adından göndəriləcək məktubun məzmunu iyunun 9-da BMT TŞ-nin qəbul etdiyi yeni sanksiya ilə bağlı tənqiddən ibarət olacaq.

Yeni sanksiya İranın öz nüvə proqramını dayandırması məqsədilə qəbul edilib. BMT TŞ-nin 12 üzvü 1929 saylı qətnamənin qəbul edilməsi lehinə, təşkilatın iki qeyri-daimi üzvü olan Türkiyə və Braziliya əleyhinə səs verib, Livan isə bitərəf qalıb.

Xəbər lenti

Xəbər lenti