...

İranın aviareysləri narahatlıq doğurmur - "İran-Air"in nümayəndəsi

Dünya xəbərləri Materials 7 İyul 2010 12:08 (UTC +04:00)
İranın "İran-Air" aviaşirkətinin Avropa İttifaqının hava məkanında əksər təyyarələrin uçuşunu məhdudlaşdırmasının ardınca, İran aviadaşıyıcısı Avropaya uçuşlar yerinə yetirən hava gəmilərinin təhlükəsizlik normalarına uyğun olduğunu bir daha bildirib.
İranın aviareysləri narahatlıq doğurmur - "İran-Air"in nümayəndəsi

İranın "İran-Air" aviaşirkətinin Avropa İttifaqının hava məkanında əksər təyyarələrin uçuşunu məhdudlaşdırmasının ardınca, İran aviadaşıyıcısı Avropaya uçuşlar yerinə yetirən hava gəmilərinin təhlükəsizlik normalarına uyğun olduğunu bir daha bildirib. Bu barədə Press-TV məlumat yayıb.

"İran-Air" Avropa komissiyası tərəfindən təsdiq edilən airbus təyyarələrində Avropaya uçuşları davam etdirəcək", - şirkətin nümayəndəsi Şahruh Nuşabadi deyib.

"Bununla bağlı narahatlığa ehtiyac yoxdur", - o əlavə edib.

Aviasiya təhlükəsizliyi üzrə Avropa Komitəsi "İran-Air" aviaşirkətinin təyyarələrinin üçdəikisinə Aİ-nin hava məkanına daxil olmasına qadağa qoyub.

Aİ aviasiya hakimiyyəti tərəfindən "İran Air"in təyyarələrinin bir hissəsi  etibarsız aviadaşıyıcıların "qara siyahisı"na cari ilin martında daxil edilib.

Nuşabadi onu da qeyd edib ki, "İran-Air" Avropa Komissiyasının İranın təyyarə parkı ilə bağlı sualına cavab verib.

"İranın dəqiq cavabına baxmayaraq, komissiya İranın milli aviaşirkətinə qadağa tətdiq edib ki, bu da ədalətsiz qərardır", - o əlavə edib.

Nuşabadinin sözlərinə görə, şirkət bu məsələyə aydınlıq gətirmək üçün Avropa Komissiyası ilə qarşılıqlı əlaqəni davam etdirmək üçün əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti