Qırğızıstan Müvəqqəti Hökuməti Bişkekdə fövqəladə vəziyyətin tətbiqi haqda məlumatı təkzib edib. Məlumatı "RİA-Novosti" agentliyi yayıb.
"Bişkekdə fövqəladə vəziyyət tətbiq edilməyib", - Qırğızıstan Müvəqqəti Hökumətinin məlumat-əlaqələndirmə mərkəzinin rəhbəri Fərid Niyazov məlumat verib.
O, Qırğızıstanda prezidentliyə keçmiş namizəd Urmat Barıktobasovun tərəfdarlarından ibarət böyük avtomobil karvanının Bişkekə doğru hərəkət etməsi barədə məlumatı təsdiqləyib. Bəzi məlumatlara görə, karvanda 200-dən çox nəqliyyat vasitəsi, eləcə də avtobus və mikroavtobuslar var.
"24.kg" agentliyinə Bişkekdə fövqəladə rejimin tətbiqi barədə məlumatı Bişkek Şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Zarılbek Risaliyev verib.