...

İran və Hindistan "Taliban"ın hədələrinə qarşı mübarizə aparacaqlar

Dünya xəbərləri Materials 6 Avqust 2010 14:23 (UTC +04:00)
İranın xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahi Nyu-Dehlidə Hindistanın XİN rəhbərinin katibi Nirupama Rao ilə görüşüb.
İran və Hindistan "Taliban"ın hədələrinə qarşı mübarizə aparacaqlar

İranın xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahi Nyu-Dehlidə Hindistanın XİN rəhbərinin katibi Nirupama Rao ilə görüşüb. Onlar regional təhlükəsizliyin təmin olunması üzrə əməkdaşlıq, ikitərəfli əlaqələrin genişləndirilməsi və Əfqanıstanda "Taliban"ın dirçəlməsi təhlükəsi ilə mübarizə də daxil olmaqla, məsələlərin geniş dairəsini müzakirə ediblər. Məlumatı ILNA informasiya agentliyi yayıb.

"Müzakirələrdə əsas diqqət Əfqanıstanda "Taliban" hərəkatının və onun Pakistandakı tərəfdarlarının təsirinə qarşı mübarizə aparmağın mümkünlüyünə yönəlib", - məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, tərəflər "Taliban" hərəkatının reinteqrasiyası prosesi işığında öz maraqlarının müdafiəsi üçün Əfqanıstanla əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

"Onlar bəzilərinin ABŞ qüvvələrinin ölkəni tərk etməsindən sonra baş verə biləcəyindən ehtiyatlandıqları taliblərin hakimiyyəti ələ keçirməsinin qarşısını almaq üçün Rusiya ilə sıx əməkdaşlığın daxil olacağı regional yanaşmanı möhkəmləndirməyi qərara alıblar", - hesabatda deyilir.

Hindistan hesab edir ki, İranla əməkdaşlıq Əfqanıstanda taliblərin nəzarəti ələ keçirməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Agentliyin məlumatına görə, Fətullahi həmçinin Hindistanın xarici işlər naziri Somanahalli Mallayaha Krişna ilə də görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq, energetika və iqtisadi əlaqələrlə bağlı məsələlərin geniş dairəsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti