...

Müdafiə Nazirliyi "donanma"ya öldürücü hücuma rəhbərlik edib – Netanyahu

Dünya xəbərləri Materials 9 Avqust 2010 18:42 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu israilli hakim Yakov Türkelin başçılıq etdiyi komissiyaya ifadə verən zaman bəyan edib ki, Qəzza bölgəsinə gedən humanitar gəmilərin tutulmasına görə məsuliyyəti müdafiə naziri Ehud Barakın tabeliyində olan İsrail müdafiə ordusu daşıyır.
Müdafiə Nazirliyi "donanma"ya öldürücü hücuma rəhbərlik edib – Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu israilli hakim Yakov Türkelin başçılıq etdiyi komissiyaya ifadə verən zaman bəyan edib ki, Qəzza bölgəsinə gedən humanitar gəmilərin tutulmasına görə məsuliyyəti müdafiə naziri Ehud Barakın tabeliyində olan İsrail müdafiə ordusu daşıyır. Xəbəri "Haaretz" qəzeti yayıb.

Onun sözlərinə görə, İsrailin müdafiə ordusuna silahlı toqquşma və doqquz türk fəalının ölümü ilə nəticələnən "Azadlıq Donanması"nın necə tutulmasının müəyyənləşdirilməsi tapşırılıb.

İsrailin Baş naziri Türkelin komissiyası tərəfindən Aralıq dənizi sularında mayın 31-də baş verən hadisənin təhqiqatı üzrə dindirilən ilk şahid olub. Əməliyyat zamanı doqquz türk fəalı həlak olub, onlarca insan yaralanıb, yüzlərlə insan həbs olunub və sonradan deportasiya edilib. Hadisənin araşdırılması üçün İsraildə iki - ordudaxili və "müstəqil ictimai" komissiya yaradılıb.

Hadisə İsrail və rəsmi üzristəməni və həlak olanların ailələrinə təzminatların ödənilməsini tələb edən Türkiyə arasında münasibətlərin kəskin pisləşməsinə səbəb oldu. İsrail hələ ki BMT-nin beynəlxalq komissiyası ilə əməkdaşlığa razılıq verib.

Hakim Türkelin "Donanma"nın tutulma üsullarının kim tərərfindən tətbiq edilməsi sualını cavablandıran Netanyahu, İsrailin müdafiə ordusunu göstərərək, "Siyasətçilərin "siyasəti müəyyən etdikləri" təqdirdə, "hərbçilərin onu necə icra etmək qərarına gəlmələrini" əlavə edib.

"İsrailin müdafiə ordusu Qəzzanın blokadasını necə saxlamaqla bağlı qərarı həmişə müstəqil surətdə qəbul edib və öz işini yaxşı görüb", - Netanyahu qeyd edib.

İsrailin Baş naziri onu da bəyan edib ki, gəmilər Qəzza sərhədinə çatmazdan bir neçə gün əvvəl, əməliyyata rəhbərliyi müdafiə naziri Ehud Baraka tapşırıb; belə ki, o, özü həmin vaxt Şimali Amerikada səfərdə olub.

O, komissiya üzvlərinə həmçinin məlumat verib ki, hərbi əməliyyatın mümkün nəticələri mayın 26-da hökumətin iclasında müzakirə edilib, lakin diskussiyalar daha çox ictimaiyyət tərəfindən ediləcək münasibətə yönəlib.

"Biz KİV-dəki münasibətdən başqa, əməliyyatın digər detallarını müzakirə etməmişik", - komissiyanın digər üzvlərinin suallarına cavab verməkdən imtina edən Netanyahu bildirib. O, qərarını bu barədə açıq danışmaq istəməməsi ilə izah edib.

İsrail hökumətinin rəhbəri qeyd edib ki, Türkiyə toqquşmadan hələ xeyli əvvəl İsrailin etdiyi çoxsaylı xəbərdarlıq və çağırışları rədd edib. Bu barədə "RİA-Novosti" yazıb.

"Mayın 14-dən etibarən, kabinetimTürkiyə hökumətinin yüksəkvəzifəli dairələri ilə əlaqə saxlayıb. Əlaqələr toqquşmanın qarşısının alınmasına yönəlmişdi", - İsrailin Baş naziri vurğulayıb.

"Əlaqə "donanma" Qəzzanın sahilinə yaxınlaşan günədək saxlanılıb", - Netanyahu qeyd edib.

Netanyahunun sözlərinə görə, "Türkiyə hökuməti İsrail tərəfinin diplomatik səylərinə baxmayaraq, "Mərmərə"nin dəniz blokadasını pozması səyinin qarşısını almayıb".

Tərkibinə xarici müşahidəçilərin daxil olduğu ictimai komissiya hələ indi araşdırmaya başlayıb. Komissiya avqustda İsrailin yüksək siyasi rəhbərliyini dindirməyə hazırlaşır. Hərbi ekspertlərdən ibarət qrup "kommandos"a tam bəraət qazandıraraq, işini başa çatdırıb, lakin bununla yanaşı, əməliyyatın planlaşdırılmasında və kəşfiyyat təminatında səhvləri müəyyən edib.

Ötən həftənin əvvəlində BMT-nin Baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasını "Azadlıq Donanması" ilə bağlı hadisənin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılması haqqında məlumatlandırıb. Yeni Zelandiyanın keçmiş baş naziri Cefri Palmerin başçılıq etdiyi komissiyaya daha üç nəfər - İsrail və Türkiyədən hər birindən bir nəfər olmaqla və Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe daxildir.

İsraili əvvəllər Xarici İşlər Nazirliyinin baş direktoru vəzifəsini tutan Yosef Çexanover təmsil edəcək. Komissiyada Türkiyəni isə diplomat Özdem Sanbərk təmsil edəcək.

Komissiyanın öz hesabatını sentyabrın ortasında təqdim edəcəyi güman olunur.

Xəbər lenti

Xəbər lenti