Çərşənbə axşamı İstanbulun təhlükəsizlik qüvvələri dinc vətəndaşlara qarşı terror aktının qarşısını ala bilib. Bu barədə CNN Turk telekanalı məlumat verib.
Saat mexanizmi ilə işləyən partlayıcı qurğu "Zeytun Burnu" adlanan əraziyə qoyulub və polisin vaxtında müdaxiləsi olmasaydı, qurğu günorta işə salınmalı idi.
Hadisə yerində araşdırma aparılır.