Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/
"Qlobal iqtisadi böhran gənclərə qeyri-mütənasib təsir göstərib, onlar iş yerlərini itirib, çox aşağı məvaciblə belə iş tapmaqda çətinliklərlə üzləşib və təhsil əldəetmə imkanları məhdudlaşıb", - Trend-in məlumatına görə, BMT-nin Baş katibi Pan Gi Mun Beynəlxalq Gənclər Günü ilə bağlı müraciətində belə deyib.
12 avqust - Beynəlxalq Gənclər Günüdür. Beynəlxalq Gənclər Günü 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunub.
Builki Gənclər Gününün mövzusu "Dialoq və qarşılıqlı anlaşma"dır.
Baş katib müraciətində bildirib ki, hazırkı mürəkkəb sosial-iqtisadi mühit gənclərə xüsusi qayğı tələb edir.
"15 - 24 yaşarası gənclərin 87%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Bu həm mənəvi bir əmr, həm də zamanın tələb etdiyi inkişaf zərurətidir. Eyni zamanda, bu bir imkandır: gənclərin enerjisi durğunluq yaşayan iqtisadiyyatı canlandıra bilər. Onlar yoxsulluqla mübarizədə, xəstəliklərin yayılmasının qarşısının alınmasında, iqlim dəyişmələri ilə mübarizədə və minilliyin inkişaf məqsədlərinə çatmaqda bizə çox mühüm töhfələr verirlər. Mən əlaqədar təşkilatları gənclərin bu işdə bizə daha çox yardımçı olmalarını təmin etmək üçün onları dəstəkləməyə çağırıram", - müraciətdə vurğulanır.