...

İran "Kobra" vertolyotları üçün simulator istehsal edib

Dünya xəbərləri Materials 12 Avqust 2010 14:10 (UTC +04:00)
İran "Kobra" vertolyotları üçün simulator istehsal edib və ümumiyyətlə, ölkə mütəxəssisləri simulatorların istehsal texnologiyasını əldə edib. Bunu bu gün İranın Hərbi Hava Qüvvələrinin komandiri Kiyumərs Əhədi Kirman şəhərində "Kobra" simulatorunun təqdimat mərasimində deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
İran "Kobra" vertolyotları üçün simulator istehsal edib

İran "Kobra" vertolyotları üçün simulator istehsal edib və ümumiyyətlə, ölkə mütəxəssisləri simulatorların istehsal texnologiyasını əldə edib. Bunu bu gün İranın Hərbi Hava Qüvvələrinin komandiri Kiyumərs Əhədi Kirman şəhərində "Kobra" simulatorunun təqdimat mərasimində deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Əhədi deyib ki, simulator istehsalında bir neçə məqsəd var, onlardan əhəmiyyətlisi insan tələfatının qarşısını almaq və uçuşların sayını azaltmaqdır.

"Kobra" vertolyotlarının uçuşu ölkə üçün bir neçə min dollar əlavə xərc tələb edir. "Hazırda İrana qarşı sanksiyalar var və bunun üçün simulatorun istehsalı sahəsində ciddi işlər görülərək, 7 il vaxt sərf edildi", - Əhədi deyib.

Əhədi əlavə edib ki, ilk simulatorlar "Mənsur" layihəsi çərçivəsində istehsal olunub, ondan sonra 2007-ci ildə 2 milyon dollar sərmayə ilə hərəkət edən simulator istehsal edilib və indi də "Kobra" vertolyotları üçün simulatorlar istehsal edilib.

Xəbər lenti

Xəbər lenti