...

ABŞ Türkiyəyə qarşı heç bir ultimatum irəli sürməyib -Davudoğlu

Dünya xəbərləri Materials 17 Avqust 2010 15:15 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ Prezidenti Barak Obamanın Baş nazir Rəcəb Tayyib Ərdoğana ölkəyə silah təchizatına qoyulacaq mümkün məhdudiyyətlə bağlı ultimatum verərək xəbərdarlıq etməsi haqqında yayılan məlumatı təkzib edib. Xəbəri CNN Turk telekanalının saytı yayıb.
ABŞ Türkiyəyə qarşı heç bir ultimatum irəli sürməyib -Davudoğlu

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ Prezidenti Barak Obamanın Baş nazir Rəcəb Tayyib Ərdoğana ölkəyə silah təchizatına qoyulacaq mümkün məhdudiyyətlə bağlı ultimatum verərək xəbərdarlıq etməsi haqqında yayılan məlumatı təkzib edib. Xəbəri CNN Turk telekanalının saytı yayıb.

Azərbaycana səfərdən sonra, Türkiyənin Qəhrəmanmaraş əyalərinə gələn Davudoğlunun sözlərinə görə, heç bir ölkənin Türkiyəyə qarşı ultimatum və xəbərdarlıq irəli sürməsinə ixtiyarı yoxdur, ələlxüsus da Baş nazirin ünvanına.

Bazar ertəsi Britaniyanın "The Financial Times" qəzeti Amerika Prezidentinin dəftərxanasındakı mənbəyə istinadən yazıb ki, "Türkiyə İsrailə və İrana qarşı mövqeyini dəyişməyəcəyi təqdirdə, ABŞ Türkiyəyə silah təchizatını azaltmaq niyyətindədir".

Qəzetin yazdığına görə, Vaşinqtonda Türkiyənin "Azadlıq Donanması" insidenti ilə bağlı İsrailə qarşı kəskin mövqeyindən, eləcə də Ankaranın İranın nüvə proqramına loyal yanaşmasından narazıdırlar. Mənbə qəzetə bildirib ki, Prezident Obama öz narazılığını Baş nazir Ərdoğana Torontoda "böyük səkkizlik"in sammiti zamanı deyib.

Türkiyə XİN rəhbəri bu informasiyanı "əsassız" adlandıraraq bəyan edib ki, Torontoda keçirilən görüşdə hər iki lider ölkə arasındakı dostluq münasibətlərini müzakirə ediblər.

"Bu məsələ müzakirə predmeti deyil və bunu birdəfəlik başa düşmək lazımdır ki, Türkiyə və ABŞ-ı strateji tərəfdaşlıq birləşdirir", - Türkiyə xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Bundan əvvəl Ağ evin mətbuat xidmətinin nümayəndəsi Den Berton da ultimatumla bağlı informasiyanı təkzib edərək bildirib ki, Prezident Obama və Baş nazir Ərdoğan arasında telefon danışığı zamanı "donanma"ya hücum və İrandakı vəziyyət müzakirə edilib.

"Heç bir ultimatum olmayıb", - Berton deyib.

Xəbər lenti

Xəbər lenti