...

Ərəb Dövlətləri Liqası İsraili qeyri-ciddilikdə günahlandırıb

Dünya xəbərləri Materials 23 Avqust 2010 15:06 (UTC +04:00)
Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa bəyan edib ki, İsrail Baş nazirinin İsraili "yəhudi dövləti" kimi tanınmasını tələb etməsi bu ölkənin fələstinlilərlə aparılan sülh danışıqlarına qeyri-ciddi yanaşmasının əlamətidir. Bu barədə "RİA-Novosti" agentliyi məlumat verir.
Ərəb Dövlətləri Liqası İsraili qeyri-ciddilikdə günahlandırıb

Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa bəyan edib ki, İsrail Baş nazirinin İsraili "yəhudi dövləti" kimi tanınmasını tələb etməsi bu ölkənin fələstinlilərlə aparılan sülh danışıqlarına qeyri-ciddi yanaşmasının əlamətidir. Bu barədə "RİA-Novosti" agentliyi məlumat verir.

"Bu bəyanat danışıqlarda hansısa nəticənin əldə olunacağı ilə bağlı şübhə doğurur", - Musa Britaniyanın BBC telekanalına müsahibəsində bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü fələstinlilərlə barışığa nail olmağın "çətin, lakin mümkün iş" olduğunu bəyan edib. Onun sözlərinə görə, hamını qane edəcək sülh bəzi prinsiplərə əməl olunacağı halda mümkündür. Onlara təhlükəsizliyin təmin olunması üçün real tədbirlər, İsrailin yəhudi dövləti kimi tanınması və münaqişənin davam etdirilməsindən imtina daxildir.

ƏDL-nin baş katibi Musa İsrailin heç bir ilkin şərt olmadan danışıqları aparmasını tələb etdiyi halda, Netanyahunun şərt irəli sürməsi ilə bağlı narazılığını bildirib.

"Tələb irəli sürməmək şərti yalnız fələstinlilərə tətbiq edilir", - Liqanın rəhbəri deyib və ərəb ölkələrinin ərəb-İsrail münaqişəsinin əlverişli həlli üçün cəhd göstərdiklərini bildirib.

Netanyahunun bəyanatı Fələstin Milli Muxtariyyəti ilə İsrail arasında iki il əvvəl dayandırılan birbaşa danışıqların bərpa edilməsi tarixinin elan olunmasının ardından səslənib.

Fələstin və İsrail liderlərinin ilk görüşünün sentyabrın 2-də Vaşinqtonda baş tutacağı gözlənilir. Danışıqlar zamanı yekun statusun, o cümlədən, Yerusəlimin statusu məsələsinin, iki dövlət arasında sərhədlərin müəyyən edilməsi, yəhudi məskənləri ilə bağlı məsələnin, fələstinli qaçqınların və su ehtiyatlarının bölüşdürülmə problemlərinin müzakirəsi planlaşdırılır.

Yeri gəlmişkən, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas "Yaxın Şərq dördlüyü"nün üzvlərini, yəhudi məskənlərinin tikintisi davam edərsə, bunun danışıqları birbaşa iflasa uğratmaq demək olacağı barədə məlumatlandırmaq niyyətindədir.

Qərb sahilində yəhudi məskənlərinin inşasına qoyulan qadağanın müddəti sentyabrın 26-da başa çatacaq. Lakin İsrail hökuməti artıq qadağanın müddətinin uzadılması niyyətində olmadığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti