...

İran gəmiləri dünyada ən sürətli gəmilərdir

Dünya xəbərləri Materials 23 Avqust 2010 15:46 (UTC +04:00)
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) raket gəmiləri sürətinə və gücünə görə dünyada biirinci yeri tutur.
İran gəmiləri dünyada ən sürətli gəmilərdir

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) raket gəmiləri sürətinə və gücünə görə dünyada birinci yeri tutur. Bu barədə İİKK-nın hərbi dəniz qüvvələrinin baş komandiri, kontr-admiral Əli Fədəvi bildirib. Məlumatı FARS agentliyi yayıb.

O qeyd edib ki, belə gəmilərin adı çəkilərkən sürət vacib aspektdir.

"Hazırda ABŞ hərbi gəmilərinin maksimum sürəti 31 mil təşkil edir, İran gəmiləri isə bundan orta hesabla iki dəfə çox sürətlə hərəkət edə bilirlər", - Fədəvi yerli "Sirac" və "Zülfüqar" gəmilərinin istismara verilməsi mərasiminin kuluarlarında bildirib.

O qeyd edib ki, İİKK donanması istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır.

"İranın müdafiə qabiliyyətinin qeyri-adi artımını nəzərə alaraq, biz öz sərhədlərimizi və hüquqlarımızı ən yaxşı şəkildə müdafiə edirik", - Fədəvi əlavə edib.

Onun sözlərinə görə, İran öz müdafiə potensialını möhkəmləndirməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti