...

İran Fələstin-İsrail birbaşa danışıqlarının uğursuzluğuna əmindir

Dünya xəbərləri Materials 24 Avqust 2010 15:41 (UTC +04:00)
Fələstin və İsrail arasında keçirilməsi sentyabrın əvvəlinə planlaşdırılan birbaşa danışıqlar nəticəsiz olacaq.
İran Fələstin-İsrail birbaşa danışıqlarının uğursuzluğuna əmindir

Fələstin və İsrail arasında keçirilməsi sentyabrın əvvəlinə planlaşdırılan birbaşa danışıqlar nəticəsiz olacaq. Belə bəyanatla çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst çıxış edib. Məlumatı DPA agentliyi yayıb.

"Problemin başlıca səbəbi aradan qaldırılmayanadək, heç bir sülh danışıqları konkret nəticələr verməyəcək və səmərəsiz olacaq", - Tehranda mətbuat konfransında Mehmanpərəst bildirib.

Fələstin və İsrail liderlərinin ilk görüşünün sentyabrın 2-də Vaşinqtonda keçirilməsi gözlənilir. Danışıqlar zamanı yekun statusun, o cümlədən Qüdsün (Yerusəlim) statusu məsələsinin, iki dövlət arasında sərhədlərin müəyyən edilməsi, yəhudi yaşayış məskənləri ilə bağlı məsələnin, fələstinli qaçqınların və su ehtiyatlarının bölüşdürülməsi problemlərinin müzakirəsi planlaşdırılır.

"Hazırda fələstinlilər vətənlərindən ayrı yaşadıqlarına, qaçqın olduqlarına və vətənlərində işğalçılar yaşadıqlarına görə barışıq mümkün deyil", - Mehmanpərəst vurğulayıb.

İran İsrailin müstəqilliyini tanımır və fələstinlilər arasında onların gələcək taleyinin müəyyənləşdirilməsi üçün referendumun keçirilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti