Cümə axşamı Vladiqafqaz şəhərinin mərkəzində baş vermiş terror aktı nəticəsində daha bir nəfər dünyasını dəyişib. Bu barədə RİA Novosti-yə cümə günü Şimali Osetiya Respublikası klinik xəstəxanasının qəbul şöbəsindən bildiriblər.
Terrorçu cümə axşamı saat 11:00 radələrində Vladiqafqazın mərkəzi bazarının girişində bombanı işə salıb. Hazırda 17 nəfərin öldüyü məlumdur. Onların içərisində terrorçu da var. Hadisə nəticəsində 138 nəfər xəsarət alıb.