...

Türkiyədə 1980-ci il hərbi çevrilişinin təşkilatçısı məhkəməyə verilib

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 11:04 (UTC +04:00)
Türkiyənin qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və hüquq-müdafiə təşkilatları bazar ertəsi eks-prezident Kənan Evrenin 1980-ci ildə hərbi çevriliş təşkil etdiyinə görə məhkəməyə cəlb edilməsi barədə ərizə veriblər. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Türkiyədə 1980-ci il hərbi çevrilişinin təşkilatçısı məhkəməyə verilib

Türkiyənin qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və hüquq-müdafiə təşkilatları bazar ertəsi eks-prezident Kənan Evrenin 1980-ci ildə hərbi çevriliş təşkil etdiyinə görə məhkəməyə cəlb edilməsi barədə ərizə veriblər. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

İstefada olan generalın məhkəməyə cəlb olunması bazar günü keçirilən referendumda konstitusiyaya düzəlişlərin qəbul edilməsi nəticəsində onun məhkəmə toxunulmazlığından məhrum edilməsindən sonra mümkün olub.

Türkiyə KİV-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının təklif etdiyi konstitusiya dəyişikliklərinə səsvermədə iştirak edənlərin 58 faizi onun lehinə, 41,98 faiz isə əleyhinə səs verib.

Referendumda seçicilərin seçki məntəqələrinə gəlişi 77,55 faiz təşkil edib, onların əksər hissəsi kürd azlığın kompakt yaşadığı rayonların payına düşür.

Türkiyə Parlamenti tərəfindən may ayında qəbul edilən konstitusiya düzəlişləri paketinə qüvvədə olan və 1980-ci ildəki hərbi çevrilişdən sonra qəbul edilən konstitusiyaya 26 düzəliş daxildir. Onlar məhkəmə sistemində, o cümlədən, Konstitusiya Məhkəməsi, hakim və prokurorların Ali Şurasında islahatların keçirilməsini, mülki məhkəmə instansiyalarının hərbçilərə münasibətdə cinayət işinin açılmasını, siyasi partiyaların buraxılması haqqında cinayət işinin açılması üzrə səlahiyyətlərin Apelyasiya Məhkəməsindən Parlamentə verilməsini nəzərdə tutur.

Hüquq müdafiəçiləri Ankara, İstanbul, İzmirdə Evren və çevrilişin iki başqa liderinin mühakimə olunması tələbi ilə şikayət ərizəsi təqdim ediblər.

1980-ci il sentyabrın 12-də baş vermiş dövlət çevrilişi nəticəsində 50-yə yaxın adam edam olunub, yüz minlərlə insan həbs edilib, bir çoxları işgəncələrə məruz qalıb; yüzlərlə insan həbsdə vəfat edib, bir çoxları itkin düşüb. Çevrilişdən sonra Türkiyə Baş Qərargahının rəhbəri general Evren prezident olub və 1989-cu ilədək bu vəzifəni tutub.

Evrenin sözlərinə görə, beş min insanın həlak olmasına səbəb sol və sağ qruplaşmalar arasındakı çoxillik zorakılıqlara son qoymaq üçün hərbçilərin müdaxiləsi zəruri idi.

Xatırladaq ki, 2009-cu ildə "Hürriyyət" qəzetinə müsahibəsində Evren çevriliş təşkil etdiyinə görə məhkəməyə cəlb olunacağı halda, intihar edəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti