İranın xarici işlər naziri Mənuçöhr Möttəki sentyabrın 18-də Nyu-Yorka səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Möttəki Nyu-Yorka səfər zamanı BMT Baş Assambleyasının iclasında iştirak edəcək. O, həmçinin, iclasda iştirak edən digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
BMT Baş Assambleyasının 65-ci illik iclası ötən gün öz işinə başlayıb. Sentyabrın 23-də isə BMT-də dünya ölkə rəhbərlərinin iştirakı ilə müzakirələr başlayacaq.