...

Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının Ali Şurası yaradılacaq

Dünya xəbərləri Materials 15 Sentyabr 2010 14:54 (UTC +04:00)
İstanbulda cümə axşamı öz işinə başlayacaq türkdilli dövlətlərin rəhbərlərinin sammiti çərçivəsində Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının Ali Şurasının yaradılması haqqında sazişin imzalanması planlaşdırılır.
Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının Ali Şurası yaradılacaq

İstanbulda cümə axşamı öz işinə başlayacaq türkdilli dövlətlərin rəhbərlərinin sammiti çərçivəsində Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının Ali Şurasının yaradılması haqqında sazişin imzalanması planlaşdırılır. Bu barədə "Cihan" agentliyi məlumat verir.

Azərbaycanı sammitdə Prezident İlham Əliyev təmsil edəcək. Çərşənbə günü Azərbaycan Prezidenti ilə onun türkiyəli həmkarı Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçiriləcəyi gözlənilir.

Onuncu yubiley sammitinin gündəliyinin başlıca mövzusu mənzil-qərargahı İstanbulda yerləşən TDƏŞ-in yaranma prosesini başa çatdırmaqdan ibarətdir.

Çərşənbə günü türkdilli dövlət rəhbərlərinin sammiti ərəfəsində İstanbulda türkdilli ölkələrin XİN başçılarının iclası keçiriləcək.

Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilən forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. TDƏŞ eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Gözlənildiyinə görə, ona Türkiyə Prezidenti katibliyinin rəhbəri Mustafa İsen rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti