...

İranın Sistan-Bəluçistan vilayətində 6 nəfər girov götürülüb

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 20:14 (UTC +04:00)
Bu gün səhər İranın Sistan-Bəluçistan vilayətinin Sərbaz şəhərinin yaxınlığında naməlum şəxslər avtobusu tutub və 6 sərnişini girov götürüblər.
İranın Sistan-Bəluçistan vilayətində 6 nəfər girov götürülüb

Bu gün səhər İranın Sistan-Bəluçistan vilayətinin Sərbaz şəhərinin yaxınlığında naməlum şəxslər avtobusu tutub və 6 sərnişini girov götürüblər. Məlumatı "Cahan" informasiya agentliyi yayıb.

Məlumata görə, girov götürülənlərdən beşi HHQ qərargahının hərbi qulluqçularıdır, bir nəfər isə bank işçisidir.

Hazırda İran polisi vertolyotların köməyi ilə İran-Pakistan sərhədində girov götürülənləri axtarır. Hələlik onların yeri məlum deyil. Rəsmi şəxslər hələ ki bu informasiyanı təsdiq etməyiblər.

Xəbər lenti

Xəbər lenti