...

AŞ İranla danışıqları bərpa etməyə çağırır

Dünya xəbərləri Materials 17 Sentyabr 2010 14:35 (UTC +04:00)
Avropa Şurasının beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton İranın nüvə proqramı ilə danışıqların bərpa ediləcəyinə ümidini ifadə edib. Bu barədə Press-TV "Fars" informasiya agentliyinə istinadən xəbər verir.
AŞ İranla danışıqları bərpa etməyə çağırır

Avropa Şurasının beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton İranın nüvə proqramı ilə danışıqların bərpa ediləcəyinə ümidini ifadə edib. Bu barədə Press-TV "Fars" informasiya agentliyinə istinadən xəbər verir.

"Bizim əlaqələrimiz davam edir və danışıqların bərpa ediləcəyinə ümid var", - Eşton İranın nüvə danışıqlarının əsas aparıcısı Səid Cəlali ilə məktublaşdığını qeyd edib.

O, həmçinin, ilk imkan yaranan kimi danışıqlar masasına qayıtmağın vacibliyini də qeyd edib.

İyun ayında BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı Tehranın nüvə proqramının hərbi məqsədlər daşıdığını iddia edərək, İrana qarşı sanksiyalar tətbiq ediblər.

İran dəfələrlə bu ittihamları rədd edib və Nüvə silahının yayılmaması haqqında müqavilə imzalayan dövlətin nüvə enerjisindən mülki məqsədlər üçün istifadə etmək hüququnun olduğunu iddia edib.

Xəbər lenti

Xəbər lenti