Türkiyə təyyarəsi Qazaxıstanda məcburi eniş edib

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2010 13:52 (UTC +04:00)

"Türk Hava Yollari" aviaşirkətinə məxsus və İstanbul-Pekin marşrutu ilə uçan "Airbus" A330 markalı sərnişin təyyarəsi Qazaxıstanda məcburi eniş edib. Bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.

Məcburi enişə səbəb təyyarəyə bomba qoyulduğu barədə məlumat olub. Təyyarəyə baxış keçirildikdən sonra partlayıcı qurğu aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti