...

Vladiqafqazda terror aktında həlak olan gürcünün meyiti Tbilisiyə gətirilib

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 16:13 (UTC +04:00)
Sentyabrın 9-da Vladiqafqazda baş vermiş terror aktı nəticəsində həlak olmuş 37 yaşlı Gürcüstan vətəndaşının meyiti Tbilisiyə gətirilib.
Vladiqafqazda terror aktında həlak olan gürcünün meyiti Tbilisiyə gətirilib

Gürcüstan, Tbilisi, 21 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Sentyabrın 9-da Vladiqafqazda baş vermiş terror aktı nəticəsində həlak olmuş 37 yaşlı Gürcüstan vətəndaşının meyiti Tbilisiyə gətirilib.

Vladiqafqaz bazarında ticarətlə məşğul olan Zeynəb Başaruli partlayış yerindən 30 metr aralıda olub.

Sentybarın 9-da səhər Şimali Osetiyanın paytaxtında güclü terror aktı baş verib. Vladiqafqazın mərkəzi bazarının girişində "Volqa" markalı avtomobildə terrorçu 30-40 kq gücündə dağıdıcı trotil elementləri olan partlayıcı qurğunu işə salıb. Nəticədə 19 nəfər həlak olub, 200 nəfərdən çox xəsarət alıb.

Başaruli Vladiqafqazda həyat yoldaşı və 10 yaşlı övladı ilə yaşayırdı. Mərhumun iki övladı var.

Bundan əvvəl Gürcüstan XİN bildirmişdi ki, Vladiqafqazda baş vermiş terror aktında həlak olanlar arasında Gürcüstan vətəndaşı yoxdur.

Xəbər lenti

Xəbər lenti