...

İranda həkimi qətlə yetirməkdə ittiham olunan şəxs həbs edilib

Dünya xəbərləri Materials 2 Oktyabr 2010 13:57 (UTC +04:00)
İranın Kirmanşah əyalətinin polis rəisi Kərim Kişvəri bildirib ki, sentyabrın 23-də Tehranda həkim Qulamrza Sərabini qətlə yetirməkdə ittiham olunan şəxs Səccad Kərimi Gilanqərb şəhərində saxlanılıb.
İranda həkimi qətlə yetirməkdə ittiham olunan şəxs həbs edilib

İranın Kirmanşah əyalətinin polis rəisi Kərim Kişvəri bildirib ki, sentyabrın 23-də Tehranda həkim Qulamrza Sərabini qətlə yetirməkdə ittiham olunan şəxs Səccad Kərimi Gilanqərb şəhərində saxlanılıb. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.

Kişvəri əlavə edib ki, saxlanılan şəxsin üzərindən bir ədəd odlu silah aşkar olunub. O, ilkin dindirilmə zamanı həkim Sərabini qətlə yetirməsi barədə ona qarşı sürülən ittihamı qəbul edib.

Sentyabrın 23-də Tehranda ürək cərrahiyyəsi üzrə mütəxəssis, doktor Qulamrza Sərabiyə sui-qəsd olunub. Sərabi xəstəxanaya çatdırıldıqdan bir gün sonra vəfat edib.

Çərşənbə günü Sərabinin qətlində ittiham olunan digər şəxs Bəhmən Kərimi - həbs olunmuş Səccad Kəriminin atası polis qüvvələri ilə atışma zamanı həlak olub.

Xəbər lenti

Xəbər lenti