...

Qərbdə yaşayan insanların yarısı 11 Sentyabr hadisələrinə şübhə ilə yanaşır – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 8 Oktyabr 2010 14:18 (UTC +04:00)
Avropa və Amerika əhalisinin yarısı 2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlarda baş vermiş hadisələrə şübhə ilə yanaşır, - bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib. Məlumatı İRNA-ya istinadən Press-TV yayıb.
Qərbdə yaşayan insanların yarısı 11 Sentyabr hadisələrinə şübhə ilə yanaşır – İran XİN nümayəndəsi

Avropa və Amerika əhalisinin yarısı 2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlarda baş vermiş hadisələrə şübhə ilə yanaşır, - bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst deyib. Məlumatı İRNA-ya istinadən Press-TV yayıb.

"Qərbdə bir çoxları ABŞ hökumətini 11 Sentyabr hadisələrində günahlandırır", - Mehmanpərəst İranın İsfahan şəhərində keçirilmiş mətbuat konfransında deyib.

O əlavə edib ki, "İran Prezidenti Mahmud Əhmədinejadın Nyu-Yorka bu yaxınlardakı səfəri İranın ictimai diplomatiyasını təqdim etməyə imkan yaradıb".

Mehmanpərəst 11 Sentyabr hadisələrində "şübhəli" məqamlar göstərərək deyib ki, "ABŞ hökuməti bu məsələyə aydınlıq gətirməli və tələsik qərarlardan çəkinməlidir".

O, həmçinin, vurğulayıb ki, azadlıq və hüquqların qorunması uğrunda çıxış edən ABŞ araşdırmalara razı olmalıdır; belə ki, bu hadisə "ciddi nəticələr"ə gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti