...

Afrika ölkələrinin spikerləri İrana səfər edəcəklər

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 14:20 (UTC +04:00)
İran parlamenti spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam bildirib ki, Konqo, Keniya, Qəmər adaları, Cibuti, Liviya və Somali ölkələrinin parlament sədrləri Tehrana səfər edəcək.
Afrika ölkələrinin spikerləri İrana səfər edəcəklər

İran parlamenti spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam bildirib ki, Konqo, Keniya, Qəmər adaları, Cibuti, Liviya və Somali ölkələrinin parlament sədrləri Tehrana səfər edəcək. Bu barədə İranın "mojnews" xəbər saytı məlumat verir.

Şeyxülislamın sözlərinə görə, Konqo spikeri oktyabrın 23-26-da, Kenya oktyabrın 27-31-də, Qəmər adaları noyabrın 2-6-da, Cibuti noyabrın 7-10-da, Liviya noyabrın 14-16-da, Somali parlamentinin sədri isə noyabrın 12-16-da Tehrana səfər edəcək.

Şeyxülislam deyib ki, bu səfərlər İran və Afrika ölkələri arasında parlament əlaqələrinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir. 

Xəbər lenti

Xəbər lenti