...

Iran C-200 raket hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 20 Noyabr 2010 13:34 (UTC +04:00)

İran "Səma müdafiəçiləri" adlı beşgünlük hərbi təlimlərin sonuncu günündə C-200 raket hücumundan müdafiə sisteminin sınaq buraxılışını uğurla həyata keçirib. Məlumatı Press TV yayıb.

"C-200 sistemini müasirləşdirmişik və onu uğurla sınaqdan keçirmişik", - briqada generalı Məhəmməd Həsən Mansurian Press TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranda istehsal olunmuş PVO C-200 sistemi Rusiyanın C-300 raketi ilə eyni imkanlara malikdir.

Təlimlərin beşinci günündə İranın hərbi qüvvələri ballistik raketlər və kiçik məsafəli artilleriya mərmiləri ilə pilotsuz düşmən təyyarələrini məhv etməyə nail olub. Onlar, həmçinin 30-dan çox düşmən təyyarəsini tutaraq onu geri çəkilməyə məcbur ediblər. Operativ təmirin aparılması təlimlərin son mərhələ proqramına daxil olub.

İranın Hərbi hava Qüvvələri və İslam İnqilabının Keşikçiləri Korpusunun bölmələri çərşənbə axşamı başlayan beşgünlük təlimlər keçiblər.

İranın strateji obyektləri yaxınlığında keçirilən təlimlərin məqsədi İran İslam Respublikasının müdafiə potensialını qiymətləndirməkdir.

Xəbər lenti

Xəbər lenti