...

Tehranda ali məktəbin iki müəlliminin avtomobili partladılıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Dünya xəbərləri Materials 29 Noyabr 2010 12:09 (UTC +04:00)
İranın paytaxtı Tehranda bazar ertəsi səhər iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Bu barədə IRINN agentliyi məlumat verib.
Tehranda ali məktəbin iki müəlliminin avtomobili partladılıb (ƏLAVƏ OLUNUB-2) (FOTO)

RED. əlav.: Təfərrüatlar əlavə olunub

İranın paytaxtı Tehranda bazar ertəsi səhər iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Bu barədə IRINN agentliyi məlumat verib.

MEHR agentliyinin verdiyi məlumata görə, partlayışlar səhər saat 7-8 arasında, müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb.

Şəhid Behişti Universitetinin digər müəllimi Firidun Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığındakı partlayışda yaralanıblar.

İnsidentin baş verdiyi şərait araşdırılır.

Xəbər lenti

Xəbər lenti