...

İranda robot xərçəngə yoluxmuş beyində əməliyyat aparır

Dünya xəbərləri Materials 18 Dekabr 2010 15:38 (UTC +04:00)

İranda xərçəngə yoluxmuş beyində əməliyyat apara bilən süni intellektə malik robot yaradılıb. Bu barədə İSNA informasiya agentliyi məlumat verib.

"Ağır xəstələr üzərində əməliyyatlar aparan robotun sınağı uğurla başa çatıb", - İran səhiyyə nazirinin texnologiyalar üzrə müavini Mustafa Qaneyi deyib.

Onun sözlərinə görə, robotun hazırlandığı texnologiya İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və Səhiyyə Nazirliyinə verilib.

Robot əməliyyatları kəlləni yarmadan yerinə yetirir. Belə əməliyyatların uğur qazanması imkanı çox yüksəkdir. Robot geniş ictimaiyyətə fevralda "Fəcr ongünlüyü" bayramı zamanı təqdim ediləcək.

İran İslam İnqilabının ildönümü münasibətilə hər il fevralın 12-dən 22-dək "Fəcr ongünlüyü" bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti