Cümə axşamı İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət və hökumət başçılarının 11-ci görüşündə təşkilatın müvəqqəti sədrliyi İran Prezidenti Mahmud Əhmədinejaddan Türkiyə Prezidenti Abdullah Gülə keçib. Bu barədə Türkiyənin "Zaman" qəzeti yazıb.
Görüşdən əvvəl, dekabrın 21-22-də İstanbulda İƏT üzvü olan ölkələrin Nazirlər Şurasının görüşü və əsas vəzifəli şəxslərin yüksək səviyyədə iclası keçirilib.
İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.