...

Tehranda "Mossad"ın xeyrinə casusluqda ittiham edilən şəxs asılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2010 10:53 (UTC +04:00)

Çərşənbə axşamı səhər saatlarında Tehranın "Evin" həbsxanasında iki məhkum dar ağacından asılıb. Bu barədə İLNA agentliyi məlumat verib.

Asılanlardan biri Əli Saremi terror qruplaşmasının üzvü olduğuna görə məhkum edilib. İkincisi - Əli Əkbər Siadat İsrail kəşfiyyatı "Mossad"ın xeyrinə casusluqda ittiham edilib.

İRNA agentliyinin məlumatına görə, Siadat 2008-ci ildə "öz arvadı ilə ölkəni tərk etməyə cəhd edərkən" tutulub.

Tehran dəfələrlə İsrailin xüsusi xidmət orqanlarını ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb. Dekabrın əvvəllərində İranın Kəşfiyyat Nazirliyi nüvə fiziki Məcid Şəhriyarinin qətlində şübhəli bilinən bir neçə nəfəri həbs etdiyini bəyan edib. İdarə "Mossad"ı bu terror aktının təşkilində günahlandırıb.

Edam olunanların hər ikisi "müharib" olmaqda günahlandırılıblar.

Allaha, peyğəmbərə və islam hökumətinə qarşı çıxan şəxs "müharib" (müharibə elan edən) adlandırılır. İran qanunvericiliyində "mühariblər" və ya "islam hökumətini devirməyə" cəhd edənlər üçün sürgün və ya ölüm cəzası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti