...

İran prezidenti 14 müşavirini vəzifədən uzaqlaşdırıb

Dünya xəbərləri Materials 3 Yanvar 2011 10:38 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad 14 yüksək rütbəli müşavirini vəzifələrindən uzaqlaşdırıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
İran prezidenti 14 müşavirini vəzifədən uzaqlaşdırıb

İran prezidenti Mahmud Əhmədinejad 14 yüksək rütbəli müşavirini vəzifələrindən azad edib . Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Əhmədinejadın müşavirlərindən olan Mehdi Kəlhor işdən azad edilməsini təsdiqləyib və deyib ki, məndən başqa daha 13 nəfər işdən uzaqlaşdırılıb və müşavirlərin vəzifələrindən nə üçün azad edilmələri göstərilməyib.

Məlumatda bildirilir kivəzifələrindən azad olunan şəxslər ölkə başçısının müşavirləri olan Müctəba Rəhmandust, Məhəmmədrza Etimadian, Əbülfəz Təvəkkülinia, Seyid Kazım Vəziri, Mehdi Çəmran, Məhəmməd Rubanyan, Əli Müntəziri, Mehdi Şəhid Kəlhor, Əli Əsgər Zarei, Mehdi Mostəfəvi, Davud Daneş Cəfəri, Hacı Əli Əkbəri və Süsən Keşavərzdir.

Xəbər lenti

Xəbər lenti