...

İranda yenidən zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Yanvar 2011 11:54 (UTC +04:00)
İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ qonşu Kohkuluyə əyalətində və Boyurəhməd əyalətinin mərkəzi Yasucda da hiss olunub. Bu barədə MEHR agentliyi məlumat verir.
İranda yenidən zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Zəlzələnin vurduğu ziyan və yaralananlar barədə məlumat əlavə olunub.

İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ qonşu Kohkuluyə əyalətində və Boyurəhməd əyalətinin mərkəzi Yasucda da hiss olunub. Bu barədə MEHR agentliyi məlumat verir.

Məlumata əsasən, Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 09:25-də baş verdiyini bildirib.

İLNA agentliyinin məlumatına əsasən, zəlzələ nəticəsində Fars əyalətinin 17 kəndində evlər dağılıb. Məlumata əsasən, evlərin bəziləri tamamilə uçub. Hadisə nəticəsində 18 nəfər yaralanıb. Dağıntılar altında yaralıların və ya ölənlərin axtarışı davam etdirilir.

Dekabrın 20-də İranın Kirman əyalətinin Fəhroc şəhərində Rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Zəlzələ Kirman əyalətinin 2950-dən çox kəndində evlərin ziyan görməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti