...

İran Kanadadan üç vətəndaşının qətlə yetirilməsi ilə bağlı ciddi tədbirlər görülməsini istəyib

Dünya xəbərləri Materials 6 Yanvar 2011 14:18 (UTC +04:00)
İranın müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi Kanada XİN rəhbərinə məktub ünvanlayaraq bu ölkədə üç İran vətəndaşının qətli ilə bağlı tez və ciddi tədbirlərin görülməsini istəyib.
İran Kanadadan üç vətəndaşının qətlə yetirilməsi ilə bağlı ciddi tədbirlər görülməsini istəyib

İranın müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi Kanada XİN rəhbərinə məktub ünvanlayaraq bu ölkədə üç İran vətəndaşının qətli ilə bağlı tez və ciddi tədbirlərin görülməsini istəyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.

Məlumatda bildirilir ki, Kanadada yaşayan İran vətəndaşlarına qarşı təzyiqlərin davam etdirilməsini və son altı ayda üç İran vətəndaşının bu ölkədə qətlə yetirilməsini nəzərə alaraq İranın müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi Kanadanın xarici işlər naziri Lourens Kannona məktub yazıb. Salehi Kanadada yaşayan İran vətəndaşlarının hüquqlarının qorunmasını və üç İran vətəndaşının qətli ilə bağlı ciddi tədbirlər görülməsini istəyib.

İran Xarici İşlər Nazirliyi, həmçinn bəyanat yayaraq, İran vətəndaşlarını Kanadaya səfər edərkən ehtiyatlı olmağa çağırıb. 

Beynəlxalq KİV-in məlumatına əsasən, 2010-cu il dekabrın 6-da Kanadada yaşayan İranlı Yəzdan Qiyasvənd Qiyasi qətlə yetirilib. Kanada polisi həmin gəncin öldürülməsində şübhəli bilinən üç nəfəri həbs edib.

Xəbər lenti

Xəbər lenti