...

İranın dini lideri Misir prezidentini "Namübarək" adlandırıb

Dünya xəbərləri Materials 4 Fevral 2011 13:46 (UTC +04:00)
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei bu gün Tehranda cümə namazında çıxışı zamanı bildirib ki, Misir prezidenti xalqı zəlil və pis günə salıb. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat verib.
İranın dini lideri Misir prezidentini "Namübarək" adlandırıb

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei bu gün Tehranda cümə namazında çıxışı zamanı bildirib ki, Misir prezidenti xalqı zəlil və pis günə salıb. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat verib.

Xamenei Misir Prezidenti Hüsnü Mubarəki "Namübarək" adlandıraraq bildirib ki, Tunis və Misir prezidentləri ABŞ-a bağlı adamlar olublar. Xamenei deyib ki, Misir əhalisi hazırda özünü təhqir olunmuş hesab edir.

Dini rəhbər Misir xalqının inqilab edəcəyinə və hakimiyyəti devirəcəyinə ümid etdiyini bildirib.

İran və Misir arasında 32 ildir diplomatik əlaqələr yoxdur.

Xəbər lenti

Xəbər lenti