...

İranın neft naziri Pakistana səfər edib

Dünya xəbərləri Materials 10 Mart 2011 15:35 (UTC +04:00)

İranın neft naziri Məsud Mikazimi bu gün Pakistana birgünlük səfər edib. Bu barədə Trend İranın /pananews.ir/ saytına istinadən məlumat verir.

Səfər zamanı Mirkazimi İran Prezidenti Mahmud Əhmədinejadın Novruz bayramı şənliklərində iştirak etmək üçün Pakistan liderinə dəvət məktubunu aparıb.

İranda dünyanın Novruz bayramını qəbul edən ölkələrinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulub.

Məlumatda o da bildirilir ki, İranın neft naziri Mirkaziminin birgünlük səfəri zamanı Pakistan rəsmiləri ilə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlığın perspektivləri barədə də müzakirə aparılacaq.

Tehranla İslamabad arasında İran təbii qazının Sülh boru kəməri vasitəsilə Pakistana ixracını nəzərdə tutan iri layihə imzalanıb. Müqaviləyə əsasən, layihənin icrasına 2014-cü ilədək başlanılacaq. Sülh boru kəmərinin inşasına dair ilkin saziş 2009-cu ilin mayında İran və Pakistan arasında imzalanıb. İranda uzunluğu təxminən 1100 kilometr olan boru kəməri inşa ediləcək, qalan 1000 kilometr Pakistan ərazisində çəkiləcək. 25 illik layihə çərçivəsində Pakistan İrandan sutkada 750 milyon kubfut təbii qaz alacaq.

Xəbər lenti

Xəbər lenti