...

Yaponiyada zəlzələ qurbanlarının sayı 9 mini ötüb - rəsmi

Dünya xəbərləri Materials 22 Mart 2011 10:49 (UTC +04:00)
Son məlumatlara görə, Yaponiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 9 min nəfəri ötüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Assoşieyted Press" agentliyi ölkənin Baş Polis İdarəsinə istinadən məlumat verib.
Yaponiyada zəlzələ qurbanlarının sayı 9 mini ötüb - rəsmi

Son məlumatlara görə, Yaponiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 9 min nəfəri ötüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Assoşieyted Press" agentliyi ölkənin Baş Polis İdarəsinə istinadən məlumat verib.

"Buna qədər 8,649 min həlak olan və 13,261 min itkin düşən haqqında məlumat var idi", - RİA Novosti yazır.

İdarənin məlumatına görə, 9,079 min nəfərin meyiti tapılıb. Bununla yanaşı, itkin düşənlərin siyahısı 12,645 min nəfərədək azalıb.

Beləliklə, Yaponiyada həlak olanların və itkin düşənlərin ümumi sayı 22 min nəfərə yaxın olaraq qalır. Bundan başqa, 2,644 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis güman edir ki, həlak olanların son sayı 18 min nəfəri ötə bilər. Bununla belə, fəlakətdən daha çox ziyan çəkən Miyagi prefekturasında 15 mindən çox insan həlak ola bilər.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 21 mindən çox insan həlak olub və ya itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Fukusima-1"də birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar baş verib. Sonradan emal edilən nüvə yanacağının saxlanması üçün istifadə edilən AES-in dördüncü blokunda da partlayış və bir neçə dəfə yanğın baş verib.

AES-də bir neçə radiasiya sızması qeydə alınıb. Bu, hakimiyyəti AES ətrafındakı 20 kilometr zonadan insanları təxliyyə, eləcə də 30 kilometr radiusda stansiya üzərində uçuşları qadağan etməyə məcbur edib. Sonradan Yaponiyanın bir sıra rayonlarında radioaktiv elementlərin aşkar edilməsi barədə məlumat yayılıb.

Xəbər lenti

Xəbər lenti