...

Əhmədinejad Türkmənistan prezidentinə təyyarə hədiyyə edib

Dünya xəbərləri Materials 27 Mart 2011 13:08 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova iki nəfər tutumu olan təyyarə hədiyyə edib.
Əhmədinejad Türkmənistan prezidentinə təyyarə hədiyyə edib

İran prezidenti Mahmud Əhmədinejad Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova iki nəfər tutumu olan təyyarə hədiyyə edib. İrna Agentliyinin məlumatına əsasən, LSA növündən olan bu təyyarənin qiyməti 130 min dollardır.

Təyyarə Berdiməhəmmədova, onun martın 27-də Tehrana gəldiyi zaman, hava limanında təqdim olunub. Keçən həftə, Berdiməhəmmədov Novruz bayramı münasibətilə İrana 1000 ton un hədiyyə göndərmişdi.

Bugün İranda 19 xarici yüksək vəzifəli rəsmi şəxsinin, o cümlədən, altı ölkənin prezidentinin iştirakı ilə Novruz bayramı ilə bağlı xüsusi mərasimə start verilib. Mərasimdə Əfqanıstan, İraq, Türkmənistan, Tacikistan, Ermənistan prezidentləri və bir neçə ölkənin yüksək vəzifəliləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti