...

İran və Misir turizm sahəsində əməkdaşlıq sazişi imzalayıblar

Dünya xəbərləri Materials 21 Aprel 2011 14:13 (UTC +04:00)
Bazar ertəsi Tehranda İranın bir neçə turizm şirkəti ilə Misirin turizim şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.
İran və Misir turizm sahəsində əməkdaşlıq sazişi imzalayıblar

Bazar ertəsi Tehranda İranın bir neçə turizm şirkəti ilə Misirin turizim şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb. Bunu İran- Misir Ticarət Şurasının sədri Muhyəddin Əl-Qəndur deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Əl-Qəndur bildirib ki, İranın Ticarət və Sənaye Palatasında imzalanmış sazişə əsasən, hər ay 10 000 iranlı Misirə və ildə 60 000 misirli İrana səyahət edəcək. O əlavə edib ki, İran və Misirin səfirləri təyin olunan kimi sazişin icrasına başlanacaq.

MEHR agentliyi ötən gün İran XİN_dəki mənbəyə istinadən məlumat verib ki, İran yaxın 6 ay ərzində Misirə səfirini təyin edəcək. Ötən həftə İran "Press TV" kanalı xəbər verib ki, İranın və Misirin xarici işlər nazirləri Əli Əkbər Salehi və Nabil əl-Ərəbi arasındakı danışıqlardan sonra İran Misirə yeni səfir təyin edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə bu məlumatın düzgün olmadığını bildirib.

İranla Misir arasında münasibətlər 1978-ci ildə, Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki dövlət arasında münasibətlər Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti