Azərbaycan, Bakı, 4 may /Trend/
Pakistan Senatının sədri Faruq Naekin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Tehrana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Naek Tehrana İran parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə səfər edəcək. Dörd günlük səfər zamanı Naek İranın xarici işlər naziri Əli Əkbər Salehi, spiker Əli Laricani və digər rəsmilərlə görüşəcək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək.