...

"Barselona" Çempionlar kubokunu qazandı

Dünya xəbərləri Materials 29 May 2011 01:48 (UTC +04:00)
"Barselona" 3:1 hesabı ilə Çempionlar Liqasının finalında "Mançester Yunayted" üzərində qələbə qazandı
"Barselona" Çempionlar kubokunu qazandı

"Barselona" 3:1 hesabı ilə Çempionlar Liqasının finalında "Mançester Yunayted" üzərində qələbə qazandı.

27-ci dəqiqədə ispanların futbolçusu Pedro "Barselona"nı hesabda irəli çıxardı. Lakin, artıq oyunun 34-cü dəqiqəsində mankunianların hücumçusu Ueyn Runi hesabı bərabərləşdirdi - 1:1.

Matçın 54-cü dəqiqəsində Leonel Messi oyunda üçüncü, "Barselonanın" isə ikinci qolunu vurur - 2:1.

Oyunun 69-cu dəqiqəsində isə David Vilya hesabı 3:1-ə çatdıraraq oyunun axırıncı qoluna imza atdı.

Xəbər lenti

Xəbər lenti