Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğundan Trend-ə verilən məlumata görə 28 May - Respublika Günü münasibətilə Sankt-Peterburqda yerləşən "Ambassador" otelində keçirdiyi təntənəli bayram mərasimi təşkil olunmuşdur.
Tədbirdə Sankt-Peterburq Administrasiyasının komitə rəhbərləri, RF XİN-in Sankt-Peterburq şəhərindəki nümayəndəliyinin rəhbəri VV.Zapevalov, Sankt-Peterburq şəhərində akkreditə olunmuş diplomatik missiya rəhbərləri, Azərbaycan icması fəalları və mətbuat nümayəndələri - ümumilikdə 200 qonaq dəvət edilmişdir. Sankt-Peterburq höküməti adından tədbirdə baş qonaq qısmində Sankt-Peterburq Hökumətinin xarici əlaqələr Komitəsinin sədri A.Proxorenko iştirak etmişdir.
Mərasimi açan Baş konsul Qüdsi Osmanov bayramın mahiyyətindən və əhəmiyyətindən danışdı.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 1969-cu ildən başlayaraq Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu, ölkənin həm bu gününə, həm də yaxın və uzaq gələcəyinə hesablanmış möhtəşəm layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirdiyini diqqətə çatdırdı. Dövlətimizin tam müstəqil siyasət apardığını, o cümlədən Rusiya-Azərbaycan əlaqələrinin inkişafını vurğulayaraq bu münasibətlərin əsasını Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulduğunu, hazırda isə bu əlaqələri İ.Əliyev və D.Medvedev tərəfindən uğurla həyata keçirildiyi xüsusilə qeyd etdi.
Sonra Sankt-Peterburq Hökumətinin xarici əlaqələr Komitəsinin sədri A.Proxorenko çıxış edərək Sankt-Peterburq şəhərinin Qubernatoru V.İ.Matviyenkonun təbrik məktubunu qonaqların diqqətinə çatdırdı.
Mərasimdə Azərbaycanın sosial-iqtisadi inkişafına, turizm potensialına dair qısa metrajlı film nümayiş olunmuş, Azərbaycan xalqının tarixini, mədəni irsini əks etdirən "BAKI" jurnalı qonaqlara təqdim edildi.