...

İranda "Sepah"ın 9 üzvü parlament seçkilərində iştirak etmək üçün istefa verib

Dünya xəbərləri Materials 7 İyul 2011 13:19 (UTC +04:00)
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") 9 üzvü tutduğu vəzifədən istefa verib.
İranda "Sepah"ın 9 üzvü parlament seçkilərində iştirak etmək üçün istefa verib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") 9 üzvü tutduğu vəzifədən istefa verib. Onlar gələcək parlament seçkilərində iştirak etmək üçün bu addımı atıblar. Bunu İranın Dövlət Seçkilər Komissiyasının sədri Sulət Mürtəzəvi deyib. Bu barədə Trend İranın "Irna" dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl Mürtəzəvi bildirmişdi ki, gələcək parlament seçkilərində iştirak etmək üçün 52 dövlət məmuru tutduğu vəzifədən istefa verib.

Məlumata əsasən, tutduqları vəzifədən istefa verən şəxslər arasında 4 nəfər əyalət başçısının müavini, 11 nəfər icra başçısı, 2 nəfər bələdiyyə sədri, 16 universitet rektoru, 3 nəfər müxtəlif icra orqanlarında müavin və bəzi nazir müavinləri də var.

İranın seçki qanununa əsasən, gələcək seçkilərdə iştirak etmək üçün dövlət məmurları tutduqları vəzifədən istefa verməlidirlər.

2012-ci il mart ayının 12-də keçiriləcək parlament seçkilərinə qatılmaq üçün iyunun 30-dək dövlət məmurlarına möhlət verilmişdi ki, istefa ərizələrini təqdim etsinlər.

Xəbər lenti

Xəbər lenti