...

İranlı general Fars körfəzindəki ərəb ölkələrini tənqid edib

Dünya xəbərləri Materials 23 Avqust 2011 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı, general Hüseyn Zülfüqari İran gəmilərini uzun müddət ləngitdiklərinə görə Fars körfəzindəki ərəb ölkələrini tənqid edib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.

"Təəssüf ki, Fars körfəzinin ərəb ölkələri İran gəmiləri səhvən bu ölkələrin su sərhədlərini pozduqda və orada balıq ovu ilə məşğul olduqda bu gəmiləri uzun müddətə həbs edir və onlara onları böyük məbləğdə cərimə edirlər", - Zülfüqari bildirib.

Onun sözlərinə görə, İranın sərhəd hakimiyyəti qətiyyən belə hərəkət etmir. Ərəb ölkələrinə məxsus gəmilər səhvən İranın ərazi sularına daxil olduqları halda onlar bir həftə ərzində buraxılırlar.

Zülfüqari onu da bildirib ki, o, ölkənin məhkəmə hakimiyyəti ilə Fars körfəzinin ərəb ölkələrinə məxsus gəmilərə qarşı İran gəmilərinə tətbiq olunan ölçülərin götürülməsi barədə məsləhətləşmələr aparıb.

Xəbər lenti

Xəbər lenti