ABŞ-ın Virciniya ştatında 5.9 bal gücündə zəlzələ baş verib.
RİA Novosti agentliyinin yaydığı məlumata görə, Vaşinqtonda ABŞ Konqresinin binası (Kapitoli) və ABŞ Müdafiə nazirliyinin binası (Pentaqon) evakuasiya edilib.
ABŞ-ın Geoloji Xidməti bildirib ki, zəlzələnin episentri paytaxt Vaşinqtondan 139 km aralıda, mərkəzi isə yer sətinin 6 kilometr dərinliyində yerləşib. Yer titrəmələri Vaşinqton, Nyu-York və Şimali Karolina ştatında hiss olunub.
ABŞ-da baş vermiş zəlzələyə görə Konqres və Pentagon evakuasiya edilib
ABŞ-ın Virciniya ştatında 5.9 bal gücündə zəlzələ baş verib.
