Azərbaycan, Bakı, 24 avqust /Trend/
İran Rusiyanın ölkəyə S-300 zenit-raket komplekslərini tədarük etməkdən imtina etməsinə görə iddia ərizəsi ilə Beynəlxalq Məhkəməyə müraciət edib.
"Hüquqi baxımdan, biz hesab edirik ki, S-300-ün yüklənməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil deyil. Biz iddianı ona görə göndərmişik ki, məhkəmənin qərarı Rusiyaya bu tədarükü etməyə kömək etsin, Rusiyanın əlində hüquqi baxımdan dəlil olsun", - Trend-in məlumatına görə, Moskvada mətbuat konfransında İranın Rusiyadakı səfiri Mahmud Rza Səcadi bildirib.